Avstriyanın "Rapid" klubu Avropa Konfrans Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Neftçi"nin qonağı olacaq.
Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında Vyana təmsilçisinin baş məşqçisi Ferdinand Feldhofer açıqlama verib:
- Sabahkı oyunla bağlı fikirləriniz necədir?
- "Neftçi"ni xeyli vaxtdır izləyirik, çox kompakt oyun nümayiş etdirir. Bakı çox gözəl şəhərdir. Oyunun asan olmayacağını bilirik. III təsnifat mərhələsində zəif komanda olmur. Matça yaxşı hazırlaşmışıq. Rəqibin nəyə qadir olduğunu bilirik. Onların qarşısını almağa çalışacağıq.
- "Neftçi"nin üstün və zəif cəhətləri haqda nə deyə bilərsiz?
- Çoxdandır bu komandanı izləyirik. "Neftçi"nin çox üstün cəhətləri var. Rəqibə düşünmək üçün vaxt vermək olmaz.
- Bakıya gəlməmişdən əvvəl hava şəraiti və vaxt fərqindən şikayətlənmişdiz. Bu şikayətlərə şəhərin tıxacını da əlavə etsək, komandanıza psixoloji təsiri necə olacaq?
- Tıxac problemi demək olar ki, bütün ölkələrdə var. Amma inanmıram ki, bu bizə sabahkı oyunda problem yaratsın. Havanın isti olmasına hazırlaşmışıq. Çalışacağıq ki, bütün gücümüzü oyuna yönəldək.
Elçin Əlixan
saytlarin hazirlanmasi