Macarıstanın "Ferentsvaroş" klubu Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Budapeşt təmsilçisinin baş məşqçisi Stanislav Çerçesov jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ"ın 4 aparıcı oyunçusu meydanda yox idi. Amma gələn oyunda ikisi oynayacaq. Sizcə, "Qarabağ" fərqli olacaq?
- Həmin "Qarabağ"la bugünkü "Qarabağ"ı cavab oyunundan sonra müqayisə edə bilərəm.
- İkinci yarıda "Ferentsvaroş" tamamilə müdafiəyə çəkilmişdi. Komanda heç-heçə üçün oynayırdı?
- İlk növbədə "Qarabağ" öz meydanında oynayırdı. Azarkeşlər onları irəli səsləyirdi. Bu cəhətdən müəyyən məqamlarda geri çəkilirdik. Amma bu, tam müdafiəyə çəkildiyimizi göstərmir. Hava şəraiti də öz sözünü dedi. Özümüzün də 1-2 qol epizodumuz oldu.
- Komandanızın oyunundan, yoxsa nəticədən razı qaldınız?
- Var oyun, var nəticə. Komandam lazım olan sözləri məndən eşidəcək. Elə sözlər var ki, komanda daxilində danışırıq, bu, ictimaiyyət üçün deyil. Deyilən sözlərdən sonra biz bunu növbəti oyunda nümayiş etdirəcəyik.
- Ramil Şeydayev vaxtilə Rusiya futbolunun gələcəyi hesab olunurdu. Onun bugünkü durumu haqda fikriniz necədi? Şeydayevin karyerasındakı enişini nə ilə əlaqələndirirsiniz?
- Ramil Şeydayevi yaxşı tanıyıram. Amma o, digər komandanın oyunçusudu. Onun enişi və yüksəlişini həmkarım dəyərləndirə bilərd. Mənim nəsə deməyim düzgün olmazdı.
- Cavab oyunununda şanslarınız nə qədərdi?
- 1:1 hesabı o deməkdir ki, hər şey yenidən başlayır.
- Oyundan öncə Rusiya mətbuatı düşünürdü ki, "Ferentsvaroş" "Qarabağ"la oyun asan keçəcək. Artıq ilk oyun geridə qaldı...
- Siz bunu harada oxumusunuz? Siz dediyiniz heç bir faktla əsaslanmır.
- Mövsümün əvvəli olduğunu nəzərə alsaq, komandanızın oyununu necə dəyərləndirirsiniz?
- Dörd-beş oyun keçirmişik. Çox çətin səfər oyunları oynamışıq. Bunların da nəticələri göz qabağındadı. Bizim də heyətimizdə, "Qarabağ"da da zədəli oyunçular var. Ancaq istənilən halda komandama afərin. Hazırki mərhələdə əldə olunan nəticələr qarşıya qoyulan vəzifələri əldə etmək əzmindədi.
Mirbağırağa
saytlarin hazirlanmasi