"Qarabağ"ın veteran futbolçusu Artim Şakiri Sportal.az saytına açıqlama verib.
"Şkendiya"nın baş məşqçisi və idman direktoru yaxından tanıdığı "Ferentsvaroş" haqda danışaraq "Qarabağ"ın pley-off şanslarını dəyərləndirib:
"Qarabağ" "Ferentsvaroş"a qarşı yaxşı oynadı və qalib də gələ bilərdi. Həqiqətən yaxşı oyun alındı. "Ferentsvaroş"un çox güclü komanda olduğunu bilirdim. Çünki mövsümöncəsi onlarla yoxlama matçı keçirmişdik. Ötürmələrlə yaxşı irəliləyirlər və rəqib qapısı tərəfə gedirlər. Vingerləri və hücumçuları da güclüdü. Yarımmüdafiəçilərinə uzun ötürmələr verirlər, birəbirdə isə sürətlidilər. Xüsusən də sağ cinahdan hücuma keçirdilər. Yəni, onların necə oynadığını bilirdim. Düzdü, bizimlə yoxlama görüşü keçirmişdilər. "Qarabağ" a qarşı oynadıqları isə avrokubok matçı idi. Qurban Qurbanov onlar haqda yaxşı məlumatı olduğunu və rəqibə qarşı necə oynamaq lazım gəldiyini bilir. Əslində, ilk görüşdə yaxşı nəticə əldə etdilər. Hələ ikinci hissə var. Başa çatan yalnız birinci hissədi. İnanıram ki, "Qarabağ"ın cəzalı və zədəli oyunçuları qayıtdıqdan sonra da komanda çox yaxşı futbol nümayiş etdirib lazım olam nəticəni qazanacaq. "Qarabağ"a "Ferentsvaroş" səfərində uğurlar arzulayıram. Ümidvaram ki, növbəti mərhələyə "Qarabağ" adlayacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi