“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, gənc baş məşqçi jurnalistlərin suallarını cavablandırıb.
- Komandanın baş məşqçisi kimdir? Yəni, söz sahibi kimdi?
- Cavid Hüseynovla uzun müddətdir ki, dostluğumuz var. Əvvəllər onunla futbol haqda müzakirələr aparanda deyirdik ki, ikimiz birlikdə çalışsaq, yaxşı olardı. Burada hər ikimiz qərar veririk. Heyəti yığanda, oyunlarda, məşqlərdə də. Məşqləri mən də apara bilərəm, Cavid Hüseynov da.
- Komanda legionersiz çıxış edəcək..
- İstəyərdik legionerlər olsun. Amma legioner olanda yerli uşaqların oynamaq şansı azalır. İkinci dövrədə bəlkə ola bilsin, legioner gəldi. Hansı mövqedə boşluqlar varsa, onları doldura bilərik.
- Problemlər olarsa, kim cavabdeh olacaq, Cavid Hüseynov, yoxsa siz?
- Əlbəttə ki, mən.
- İndiyə qədər qadın futbolunda çalışmısız. Bu dəfə isə Premyer Liqada debüt edəcəksiz. Hansı fərqlər var qadın və kişi futbolunda?
- Hər ikisinin çətinlikləri var. Amma uzun illərdi qadın futbolunda işləyirəm. Paralel olaraq MOİK-də çalışmışam. “Sabah”da da ikinci komandada işləmişəm. Heç bir çətinliyimiz yoxdu, bundan sonra da olmaz.
- Heyət təcrübəsiz gənclərdən təşkil olunub. Məsuliyyət sizdə olacaq. Mövsüm sonunda bir komandanın elitadan düşəcəyi məlumdu. Bu təhlükəni hiss edirsiz?
- Zaman göstərəcək. Rəhbərlik qarşımıza hədəf qoymasa da, o demək deyil ki, autsayder olacağıq. Döyüşkən komanda yaradağıq.
- Əsasən gənclərdən ibarət heyətiniz var. Çempionat oyunlarında qeydə alına biləcək fiaskolardan çəkinmirsiz?
- Bu işdə varıqsa, böyükhesablı qəbələr də var, məğlubiyyətlər də.
Mirbağırağa
saytlarin hazirlanmasi