"Qarabağ" italiyalı forvarda təklif göndərdi

Çempionlar Liqasında mübarizə aparan "Qarabağ" hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi son olaraq Avstraliyanın "Melburn Siti" klubunda oynayan Manuel Puççuarelliyə təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

31 yaşlı italiyalı forvardla Rumıniyanın ÇFR klubu da maraqlanır.

 

Qeyd edək ki, Manuel Puççuarelli "Empoli"nin yetirməsidir. Təcrübəli hücumçu karyerası ərzində ölkəsində "Qavarrano", "Kyevo", "Peskara" klublarında, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Dibba Əl-Fucayra" klubunda çıxış edib.

Tarix: 4 Avqust [17:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Avqust 2022
11  Avqust 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio