Azərbaycan Premyer Liqasının ilk turunun "Kəpəz" - "Zirə" matçından sonra ev sahiblərinin baş məşqçisi Yaşar Vahabzadə mətbuat konfransında iştirak edib.
Sportal.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı oyun haqda bu cür danışıb:
- Bilirdik ki, çətin olacaq. Güclü komandaya qarşı oynayırdıq. Rəqib Konfrans Liqasında oynayıb. Buna baxmayaraq rəqibin hücumlarının qarşısını almaq istəyirdik. Müəyyən dərəcədə istədiklərimiz alındı. Futbolçulardan razı qaldım. Çalışacağıq ki, gələcəkdə səhvləri təkrarlamayaq
- Əvəzetmə niyə etmirdiz?
- Gedişatın dəyişəcəyindən ehtiyatlanırdım. Oynayanlar sırf oyunun içində idilər. Yeni oyunçu relsə düşməyə bilərdi.
- Futbolçular son dəqiqədə ikinci qolu vurmaq üçün sanki risk etmirdilər, hücuma getmirdilər...
- Əslində, ikinci qolu vurmaq olardı. Bu cür oyunda bizi bir xal da qane edə bilərdi. Lazımsız epizodda topu qabağa vurduq, rəqib də bizi əks-hücumda tutdu.
- Ev oyunlarınızı nə zaman Gəncədə keçirəcəksiz?
- Nəsə desəm, bəhanə olardı. Komanda çox çətin durumdadı. Maliyyə cəhətdən də dəstək yoxdu. Digər problemlər də yaşandı, dedilər azarkeşlər az olacaq. Oyuna üç gün qalmış dedilər ki, neytral meydanda oynamalıyıq. Futbolçu gələndə Gəncə fanatlarının çılığınlığını bilir. Amma alınmadı o azarkeş qarşısında oynamaq. Ümid edirəm gələcəkdə çıxarılan qərar ləğv olunar. Bölgə komandasıyıqsa, Gəncədə oynamaq daha yaxşı olardı. Rəqiblər də yol qət edib təşrif buyurardılar Gəncəyə.
- Gəncədə oynasaydınız fərqli nəticə olardı?
- Gəncədə oynasaydıq, dəstək olsaydı, hər şey ola bilərdi. Amma bu haqda dəqiq bir söz demək olmaz.
- Bütün oyunlarda 11-12 futbolçudan istifadə edəcəksiz?
- Xeyr, Belə olmayacaq. 1-2 futbolçunun transfer vərəqəsi gəlməyib, ona görə sıxıntı yaşadıq. Elə oyunçular idi ki, meydanda ola bilərdilər. Hər halda yaxın günlərdə yeni oyunçular gələcək.
Mirbağırağa
saytlarin hazirlanmasi