Mahmud Qurbanov: "Ruhdan düşmək fikrimiz yoxdu"

22:21 - 6 Avqust 2022

Premyer Liqanın birinci turunun "Qarabağ" - "Səbail" matçından sonra qonaq komandanın baş məşqçisi Mahmud Qurbanov mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 49 yaşlı mütəxəssis görüşlə bağlı bunları deyib:

 

- Çempiona qarşı heç də pis təsir bağışlamadıq. Düzdü, daha yaxşısına ümid edirdik. Qarşımızda "Qarabağ" var idi, amma pis oynamadıq. Aqressivlik hiss edildi, əks-hücumlar qurmaq istədik. Yaxşı qol epizdolarımız var idi, hesabı aça bilərdik. Lakin bacardığımız qədər oynadıq. Qarşıdakı oyunlara baxacağıq. Uduzsaq da, komandanın göstərdiyi oyuna və aqressivliyinə görə razı qaldıq. Həm nəticə qazanmaq, həm də yaxşı oyun göstərmək istəyirik. Bir çox futbolçumuz yenidi. Bu gün üçün də heç pis deyildik. Düzdü, uduzduq, amma qarşımızda keçən ilki çempion"Qarabağ" idi.

 

- Futbolçularınız arasında tez-tez söz atışması olurdu...

- Futbolçulara deyirik ki, bir-birinizlə danışın. Ola bilər ki, ondan irəli gəlir. Əslində, komandada mehribanlıq var. Sadəcə bir çox futbolçu yenidi, anlaşa bilmirlər, bir-birini başa düşmürlər. Müdafiəçilərimiz legionerdi, dil baxımından da problemimiz var. Oyunda belə şeylər olur. Komanda şəklində yaxşıyıq.

 

- İstədiyiniz komandanın yaranması üçün nə qədər vaxt lazımdı?

- Oyunçular yenidi, hərəsi bir klubdan gəlib. Ötən mövsüm öz komandalarında hərəsi fərqli futbol oynayıb. Yaxşı nəticə istəyirik. Buna isə vaxt lazımdı. Tezliklə bunları yoluna qoymaq istəyirik.

 

- Yeni transferlərdən istədiyinizi ala bilirsiz?

- Pis deyildilər. Gözləntilərimiz çoxdu. Qarşıdakı oyunlara baxacağıq. İnanıram ki, özlərini göstərəcəklər.

 

- "Qarabağ"a məğlubiyyət komandada növbəti matçlarda inamsızlıq yaratmayacaq?

- Yaxşı nəticə ilə başlamaq istəyirdik. Amma əfsuslar olsun ki, uduzduq. Ruhdan düşmək fikrimiz yoxdu. Yeni komandamız var. İstəyirik ki, bütün çempionat ərzində özümüzü göstərək.

 

- Adil Nağıyevin gedişi haqda fikriniz necədir?

- Komandada bir mərkəz müdafiəçimiz var, o da Vüqar Həsənovdu. Bəzi mövqelərə oyunçu axtarırıq. Nağıyev problemi həll olunub, "Şamaxı"ya keçib. Ona uğurlar arzulayırıq. Adil daha çox oynamaq istəyirdi. Əfsuslar olsun ki, bu, mümkün deyil. Hamı istəyir əsas heyətdə oynasın. Amma bu, hər dəfə olmur.

 

Mirbağırağa

Xəbər xətti