Latviyadan qayıdan yarımmüdafiəçi: "Neftçi"yə qarşı matç mənim üçün xüsusi olacaq"

12:54 - 7 Avqust 2022

"Çempionat başlayır. "Neftçi" ilə matçda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Hədəflərimiz də yüksəkdi. Maksimum nəticə üçün çalışacağıq".

Bu sözləri Sportal.az saytına açıqlama "Şamaxı"nın futbolçusu Asim Əlizadə deyib.

Son olaraq "Dauqavpils"də çıxış etmiş yarımmüdafiəçi bu gün müqavilə ilə məxsus olduğu "Neftçi"yə qarşı oynaya bilər. "Şamaxı"da icarə əsasında çıxış edən Asim futbolçusu olduğu "Neftçi" görüşü barədə bunları deyib:

"Əlbəttə ki, "Neftçi"yə qarşı matçı mənim üçün xüsusi olacaq. Çünki bu klubun futbolçusuyam. İcarə əsasında "Şamaxı"da oynayıram. Ona görə də bu klub üçün çalışıram və əlimdən gələnin ən yaxşısını edəcəm. Çempionatda necə olacağını zaman göstərəcək. Biz özümüzə güvənirik və ümid edirəm ki, hər şey yaxşı olacaq".

Mirbağırağa

Xəbər xətti