“Neftçi” Gürcüstan millisinin hücumçusu Vaxtanq Arveladzeni Bakıya dəvət edib.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” gürcü forvardla bütün şərtlərdə artıq razılığa gəlib.
Paytaxt klubunun 24 yaşlı müdafiəçi ilə sabah rəsmi müqavilə imzalayacağı gözlənilir. Onunla 1+1 şərtilə müqavilə imzalanacaq.
1998-ci ildə Almaniyada dünyaya göz açan Arveladze “Kasımpaşa”, “Lokomotiv”(Tbilisi), “Korona”(Polşa), “Fatih Karagümrük” klublarında çıxış edib.
O, 2019-cu ildə Gürcüstanın əsas millisində də debüt edib və indiyə qədər 2 oyuna 1 qol vurub.