Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Sürix"lə səfər matçında zədələnən "Qarabağ"ın müdafiəçisi Kevin Medina bu gün Almaniyaya yollanacaq.
Sportal.az saytına verilən məlumata görə, Münhenə uçacaq kolumbiyalı sabah ilkin tibbi müayinədən keçəcək. Məhz sabah Medinanın əməliyyat olunması üçün gün təyin ediləcək.
"Sürix"lə cavab oyunun ilk hissəsində zədələnən Kevinin minimum iki ay yaşıl meydanlardan uzaq qalacağı bildirilirdi.