"Ferentsvaroş"un futbolçusu: "Son 3-4 ildə bizimlə hesablaşmaq lazım olduğunu göstərmişik"

Macarıstan "Ferensvaroş" klubunun yarımmüdafiəçisi Balint Veçei Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin sabah "Qarabağ"a qarşı keçiriləcək matçdan öncə ölkə mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, Macarıstan klubunun aparıcı üzvü Ağdam klubu haqda bunları deyib: 

"Güclü komandanı qəbul edəcəyik. Son illərdə “Qarabağ” təsnifat mərhələlərini uğurla keçib. Ancaq son 3-4 ildə bizimlə hesablaşmaq lazım olduğunu göstərmişik. “Qarabağ”ın hücum futbolu çox yaxşıdı. Onların heyətində təcrübəli futbolçuların olmasından xəbərdarıq. İndi biz evdə oynayırıq. Bu da bizim üçün böyük üstünlükdü. Çünki azarkeşlərimizin bizə nə qədər güc verəcəyini bilirik. Meydanda dominantlıq edərək qələbə qazanmaq istəyirik.

“Qarabağ”ın hücumdakı oyunu əladı. Amma müdafiədə zəif olduqlarını hiss edirəm. Hücum zamanı yaxşı sürətimiz yaranır. Biz hadisələrin istənilən inkişafına hazırıq".

(Nemzeti Sport)

Tarix: 8 Avqust [18:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio