Qurban Qurbanov: "Çox istəyərdik ki, sabah Bakıdakından da yaxşı oynayaq"

21:17 - 8 Avqust 2022

"Çox gözəl şəhərə gəlmişik, gözəl stadionu gördüm. Bu cür stadionda futbolçulara yaxşı oynamaq qalır. Güclü rəqibə qarşı oynayacağıq. Hər iki komandanın istəyi çoxdu. Amma biz bura böyük istək və inamla gəlmişik. "Ferentsvaroş"un bacarıqlı futbolçuları var. Hər bir halda futbolçualraıma güvənirəm, inanıram. Sabah ən yaxşı oyunlardan birini göstərib, sona qədər layiqli mübarizə aparmağa çalışacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ferentsvaroş"a qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında deyib. 50 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb.

- Azərbaycanda futbol mütəxəssisləri düşünür ki, builki rəqiblər arasında ən güclüsü "Ferentsvaroş"du. Siz də belə düşünürsüz?
- Əvvəlki illərə nisbətən bu mövsüm ilk mərhələdən çox ciddi rəqiblər düşdü. “Lex”, “Sürix” çox ciddi komandalardı. "Ferentsvaroş" üçüncü mərhələyə gəlibsə, demək ki, layiqli rəqibdi. Bu komandada hərheç bir xətdə sıradan oyunçu yoxdu. Hamısı bacarıqlı, usta futbolçulardı. Hamımızın hörmətlə yanaşdığı Stanislav Çerçesov kimi çox yaxşı baş məşqçisi var. O, yaxşı kollektiv qura bilir, özünəməxsus oyun sistemi var. Ola bilər ki, bu rəqib digərlərindən güclüdü. Biz dəfələrlə özümüzdən güclü komandalarla oynamışıq və çəkinməmişik. Çalışmışqı ki, layiqli oyun göstərib qalib gələk. Belə komandalara qarşı oynamaq bizim üçün xoşdu. Allah qoysa, sabah layiqli oyun göstərməyə çalışacağıq. 

- “Ferentsvaroş”un azərbaycanlı prezidenti bu oyunu döyüşə bənzədib. Sizin döyüşçüləriniz buna hazırdı?
- Hər bir oyun bizim üçün futbol döyüşüdü. Döyüşün növləri var, bizimki də futbol döyüşüdü. Biz daim meydanda vuruşmasaq, mübarizə aparmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Mənim bildiyim qədərilə rəqibin prezidenti azərbaycanlı olmadığını etiraf edib. Bunun önəmi yoxdu, biz rəqibik. Burada azərbaycanlı və ya macar olmaqdan söhbətg etmir, çıxıb mübarizə aparacağıq. Sabah cütün taleyi həll olunmalıdı.

- Böyükhesablı qələbəyə ümid var?
- Belə oyunlar ilboyu nadir hallarda olur. Hər oyunda istədiyin oyunu göstərə bilmirsən, istədiyin qol epizodlarından maksimum yararlanmaq mümkün olmur. Bura Çempionlar Liqasıdı, çox diqqətli olmalıyıq. Biz hazırda elə üslubda oynayırıq ki, böyük hesabla məğlub də ola bilərik, qalib də gələ bilərik. Həmişə ehtiyatımızı tuturuq ki, səhvlərə yol verməyək. Amma indi böyük hesab haqda düşünmürük. 

- “Qarabağ” həmişə ikinci oyunda daha yaxşı, uğurlu oynayır. Sabah da bunu gözləyə bilərik?
- Çox istəyərdi ki, sabah Bakıdakından da yaxşı oynayaq. Qalib gəlmək üçün buna ehtiyacımız var. Amma rəqibi daha yaxından tanıdıq. Onsuzda, ilk oyundan sonra rəqibi daha yaxından tanıyırsan. Rəqibin baş məşqçisinin də müsahibəsini oxudum, o da bizi daha yaxından tanıdıqlarını, daha yaxşı analiz edəcəklərini bildirib. Rəqibi daha yaxşı analiz edərək daha yaxşı oynamaq haqda düşünürük. Rəqib də boş dayanmır. Onlar da bizim gözləmədiyimiz, düşünmədiyimiz variantlara əl atır. Hər mərhələ keçdikcə daha diqqətli olmalıyıq. Rəqibin mətbuat konfransından da gördüm ki, çox ciddi yanaşırlar, xırdalıqları da çox ciddi müzakirə edirlər. Sabahkı oyunda başda mən olmaqla bütün futbolçular diqqətli olmalıdı. Taktiki və mübarizə baxımından maraqlı oyun olacaq. Çox istəyərdim ki, azarkeşlər oyundan razı qalsın.

- 14 ildir ki, "Qarabağ"da baş məşqçisiz və komanda 10 ildir ki, avrokuboklarda qruplara vəsiqə qazanır. Bunu necə edə bilmisiz?
- Biz çox fikirlər bildirə bilərik, amma futbolun dili birdi. Kim onu daim düzgün idarə edirsə, qalibiyyət əldə edir. Mənim burada çox cüzi əməyim var. Biz çox fikir bildirə bilərik, amma futbolçular bunu doğru və istəklə yerinə yetirirsə, onların üzərinə daha çox məsuliyyət düşür. Ümumi fikir bildirməyi xoşlamıram. Ki, mən nəsə etmişəm deyə, komanda uğur əldə edib. Bu, bizim işimizdi. Çalışırıq ki, işimizi layiqincə yerinə yetirib, bizə olan inamı da doğruldaq. İşimizlə düzgün məşğul olmağa çalışırıq. 

- Stanislav Çerçesov haqda düşüncələriniz necədi?
- Bayaq da dedim, çox hörmət etdiyimiz məşqçidi. Çox böyük təcrübəyə malikdi. Böyük futbolçu və böyük məşqçi karyerası var. Çox da bacarıqlı və intizamı sevən birisidi. Özü də tələbkardı. Haqqında məlumatımız çoxdu. Ona uğurlar arzulayıram. Biz daim yaxşı, bacarıqlı məşqçilərə, futbolçulara, insanlara dəyər vermişik. Çünki həmkarlarımızdı. 

- Avrokuboklar zamanı oyunlar üçün uzun məsafələr qət etməli olursuz. Bunun nə dərəcədə təsiri olur?
- Əfsuslar olsun ki, belədi. Hər səfərə oyunu uzaq olur. Amma hər hansı ciddi problem görmürəm. İllərdir ki, eyni rejimdə işləyirik. Bir o qədər təsiri yoxdu. Çünki hamımız üçün eynidi. Rəqiblərimiz də bizimlə oyun üçün bir o qədər yol qət edirik. 

- İlk oyunda 4 əsas futbolçunuz oynamırdı, amma sabahkı matçda onlar geri qayıdacaq...
- Sabah iki oyunçumuz yenə oynamayacaq. Mərkəz müdafiəçilərimiz Kevin Medina və Maksim Medvedev yenə yoxdu. Ancaq digər futbolçuların qayıtması məni sevindirir. Rotasiyalar etmək üçün variantlarımız çoxdu. Sağlam futbolçularımızın sayı çoxaldı, bu da minimum üstünlükdü. Bunun da təsiri mütləq olacaq. İnanıram. Əfsuslar olsun ki, hamısı qayıtmayıb. Ancaq futbolda belə hallar olur, buna hazır olmalıyıq. Buna uyğun da öz işimizi qururuq. 

Mirbağırağa

Xəbər xətti