"Qarabağ"ın sabiq futbolçusu Əfran İsmayılov Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Ferentsvaroş"la cavab oyunundakı şanslarını dəyərləndirib:
"Macarıstanda çox çətin oyun olacaq. Deyərdim ki, "Sürix"lə səfər görüşündən bəlkə də ikiqat çətin olacaq. Çünki "Ferentsvaroş" başqa səviyyədədir. Bakıdakı oyunlarına da baxdım. Amma "Qarabağ" hazırda sonluğu gətirə biləcək futbolçular var. İnanıram ki, Macarıstan klubunda səhvlər olacaq. "Qarabağ"ın futbolçuları onlardan yararlansa, inanıram ki, mərhələni adlaya bilərik.
Riçard Almeyda mənim üçün elə də fiqur deyil. Mənim üçüm Kadi Borges əsas fiqurdu. O, hansısa kiçik epizoddan çıxıb hesabı aça bilər. Kadi qol vursa, Budapeştdə yaxşı nəticə olacaq".
Mirbağırağa