"Qarabağ"ın keçmiş futbolçusu, hazırda "Səbail"də çıxış edən Rahid Əmirquliyev Sportal.az saytına açıqlama verib.
Təcrübəli yarımmüdafiəçi Ağdam təmsilçisinin "Ferentsvaroş"la matçda şanslarını dəyərləndirib. Əmirquliyev "Qarabağ"ın rəqibdən güclü olduğunu deyib:
"Bu gün "Qarabağ"ı çox ağır oyun gözləyir. İlk matçda Ağdam təmsilçisinin yaxşı oynadığını düşünürəm. Səfərdə oynamaqlarına baxmayaraq, "Qarabağ"ın mərhələ keçmək şansı var. Rəqib güclü olsa da, "Qarabağ"ın bu komandadan üstün olduğunu düşünürəm. "Qarabağ"a uğurlar arzulayıram, Ümid edirəm ki, pley-off-a yüksələcəklər".