"Qarabağ" Çempionlar Liqası III təsnifat mərhələsinin cavab oyununda səfərdə "Ferentsvaroş"u 3:1 hesabı ilə məğlub edərək pley-offa yüksəlib.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Macarlstan klubunun baş məşqçisi Stanislav Çerçesov açıqlama verib:
"Bu gün meydanda özümüzü göstərə bilmədik. Əvvəldən matça düzgün yanaşmadıq, və oyun planladığımız kimi getmədi. Bu, layiqli məğlubiyyətdir. "Qarabağ" hücumda əla oynadı. Belə matçdan sonra emosiyalara qapıla bilərsən, ona görə də indi bir addım geri çəkilməliyəm. Daha sonra sakit başla səhvləri harada buraxdığımızı analiz edəcəyik. Oyunçular üçün ayrıca sözlərim var idi. Lakin onlar mənim oyunçularımdır və mənim futbolçularım dünyanın ən yaxşısıdır".