"Viktoriya Jijkov"dan ayrılaraq "Kəpəz"ə keçən Fərid Nəbiyev Premyer Liqanın birinci turunu sənəd məsələrinə görə buraxmalı olmuşdu.
Sportal.az xəbər verir ki, Çexiya klubu sənədləri göndərmədiyinə görə "Kəpəz" onu sifariş edə bilməmişdi.
Futbolçunun özünün əməkdaşımıza verdiyi məlumata görə, artıq sənəd məsələləri yoluna qoyulub. Belə ki, Yaşar Vahabzadə Premyer Liqanın ikinci turunun "Neftçi" ilə görüşündə Nəbiyevin xidmətindən istifadə edə biləcək.