Gürcü hücumçudan "Qarabağ" açıqlaması

13:08 - 11 Avqust 2022

Macarıstanın "Fehervar" klubunun hücumçusu Budu Zivzivadze "Qarabağ"da oynaya bilər.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı forvard məsələ ilə bağlı yerli mətbuata açıqlama verib. Gürcü futbolçu transfer haqda danışmaq istəmədiyini bildirib:

 

"Hazırda bu haqda danışmaq istəmirəm. Transfer dönəmi avqustun sonuna qədərdir. Həm mənə, həm kluba uyğun bir təklif olsa, dəyərləndirə bilərəm. Lazım olsa qalacam, lazım olsa, gedəcəm. Lakin hazırda sırf hansısa klubla danışıqlar getmir. Hazırda özümü xoşbəxt hiss edirəm və bu, mənə kifayətdir".

 

Qeyd edək ki, Budu Zivzivadze  2020-ci ilin yayından "Fehervar"da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına kimidir.

Xəbər xətti