"Qəbələ"nin yayda heyətinə qatdığı Felipe Santos komandanın aparıcı üzvünə çevrilməyi bacarıb. Braziliyalı futbolçu Premyer Liqanın ilk turunda bir assistlə oynamışdısa, ikinci turda “Şamaxı” (3:1) ilə matçda komandasının üçüncü qolunu vurdu. Sportal.az saytına müsahibə verən Felipe komandasının həm son turdakı oyunundan danışıb, həm də hədəflərindən söz açıb:
- Premyer Liqanın ikinci turunda "Qəbələ" "Şamaxı"ya 3:1 qalib gəldi. Matç sizin üçün necə yadda qaldı?
- Oyuna çox yaxşı hazırlaşmışdıq. Konsentrasiyamız da yüksək səviyyədə idi. Elə qısa müddət ərzində də üç qol vura bildik. Ardınca da oyunu öz tərəfimizə çəkib, vacib olan üç xalı qazandıq.
- Maraqlıdır ki, 20 dəqiqəyə üç qol vursanız da, növbəti qolu vura bilmədiniz. Bu, nə ilə əlaqədar idi?
- Hava çox isti idi. İstənilən halda, oyun da bizim nəzarətimiz altında keçirdi. Sadəcə olaraq, biz son dəqiqələrə qədər diqqətli oynayıb qalib gəldik. Əsas olan da budur.
- Yeri gəlmişkən, bu matçda sabiq komanda qarşı oynamış oldun. Sabiq klubuna qarşı oynamaq necə hiss idi?
- Mən “Şamaxı”da da xoşbəxt idim. Bir neçə problemlə baxmayaraq, bu, belə də idi. "Qəbələ"nin istər futbolçuları, istərsə də azarkeşləri məni çox yaxşı qarşıladı. Bu klubun formasını geyindiyimə görə xoşbəxtəm. “Qəbələ” mənə inam verir.
- Növbəti turda "Kəpəz"lə səfərdə qarşılaşacaqsınız. Maraqlıdır ki, səfər komandası "Qəbələ" olsa da, matç elə Qələbənin stadionunda keçiriləcək....
- Biz bu meydançaya öyrəşmişik. Yəni, bu oyun bizim əlavə xal qazanmağımız üçün yaxşı şansdı. Səfər komandası olsaq da, biz öz stadionumuzda tam qüvvəmizlə qələbə üçün oynayacağıq.
- Necə düşünürsən, "Qəbələ"nin liderlik üçün mübarizə aparmağa gücü çatacaq?
- Bilirsiz, məqsədimiz hər oyun qalib gəlməkdi. Oyundan-oyuna isə daha yaxşı oynayaraq, yaxşı nəticələri qazanmaq istəyimizdi. Bu mövsüm də əlimizdən gələni edəcəyik.
- "Qəbələ" və "Zirə"dən sonra "Neftçi" də avrokuboklardakı çıxışını başa vurdu. Bu mövsüm də avrokuboklarda yoluna qruplara qədər davam etdirən yalnız "Qarabağ" oldu..
- Bu komanda avrokuboklarda çox yaxşı təmsil olunur. Əslində, "Qarabağ"ın bu cür çıxışı Azərbaycan futbolu və ölkəni dünyada daha çox tanıdır. Mən də sizin adınıza görə xoşbəxtəm.
Mirbağırağa