"Araz-Naxçıvan" Türkiyə klubunu məğlub etdi

Türkiyədə təlim-məşq toplanışında olan "Araz-Naxçıvan" növbəti yoxlama görüşündə qüvvəsini sınayıb.

 

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi yerli "Erbaaspor"la üz-üzə gəlib. Qarşılaşma Azər Bağırovun yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

"Araz-Naxçıvan"ın heyətində 66 və 81-ci dəqiqələrdə Söhrab Qoli Fəxrabadi fərqlənib.

 

Qeyd edək ki, Naxçıvan komandası Türkiyə toplanışı çərçivəsində bundan əvvəl 4 oyun keçirib. "Araz-Naxçıvan" qardaş ölkədə "Karakoçan" (0:2), "Hopaspor" (2:0), "24 Erzincanspor" (3:3) və "Amasyaspor"la (1:1) qarşılaşıb.

Tarix: 16 Avqust [14:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Sentyabr 2022
28  Sentyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio