"Qarabağ"ın oyununa ən ucuz bilet 30 manata

15:59 - 16 Avqust 2022

"Qarabağ"ın "Viktoriya" ilə Çexiyada keçirəcəyi Çempionlar Liqası pley-off mərhələsinin cavab matçının biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın biletləri bu gün saat 15:00-dan etibarən onlayn və kassalarda satılmağa başlayıb.

 

1-ci kateqoriya üçün biletlərin qiyməri 890 Çexiya kronu (təxminən 63 manat) təklil edir. 2-ci kateqoriya 740 kron (52 manat), 3-cü kateqoriya 590 kron (41 manat) 4-cü kateqoriya isə 420 krondur (30 manat).

 

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" görüşü 23 avqust tarixində, Bakı vaxtilə saat 23:00-da "Dusan Arena"da baş tutacaq.

Xəbər xətti