"Qarabağ"ın oyununun biletləri 2 saata satıldı

18:48 - 16 Avqust 2022

"Qarabağ"ın Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində səfərdə "Viktoriya" ilə keçirəcəyi matçın biletləri satışa çıxarılıb.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın bütün biletləri cəmi 2 saat ərzində satılıb. Bu barədə Plzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" görüşü 23 avqust tarixində, Bakı vaxtilə saat 23:00-da "Dusan Arena"da baş tutacaq. Komandalar arasında ilk oyun isə sabah Bakıda keçiriləcək.

Xəbər xətti