Mixal Bilek: "Qarabağ" çox güclü rəqibdi"

20:04 - 16 Avqust 2022

Çexiyanın "Viktoriya" klubu Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Plzen təmsilçisinin baş məşqçisi Mixal Bilek matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- "Şerif"lə matçdan sonra mətbuat konfransında bildirmişdiniz ki, daha çox "Ferentsvaroş"la oynamaq istəyərdiniz. Nə üçün belə demişdiniz?

- Əslində, ona görə demişdim ki, "Qarabağ" daha güclü rəqibdi, yaxşı olardı ki, "Ferentsvaroş"la qarşılaşaq.

 

- Sabah stadiondakı atmosfer və hava ilə bağlı gözləntiləriniz necədi?

- Bilirdik ki, burada hava da isti olacaq, "Qarabağ"ın azarkeşləri də çox olacaq. Bunların hamısına hazırlaşıb gəlmişik.

 

- Sabahkı oyunda stadionun dolu olması sizə təsir göstərə bilər?

- Təbii ki, bilirik çox azarkeş olacaq, stadion dolu olacaq. Çalışacağıq ki, oyuna konsentrasiya olaq.

 

- Sizcə, cütün favoriti hansı komandadı?

- "Qarabağ" bura kimi gəldiyi yolda Polşa, İsveçrə və Macarıstan çempionunu sıradan çıxarıb. Biz də Çexiya çempionuyuq. Təbii ki, "Qarabağ" çox güclü rəqibdi. Əlimizdən gələni edəcəyik.

 

- Sabah müdafiə olunacaqsınız?

- Oyunun gedişatını, mövqeləri demək istəməzdim. Sabaha qədər fikirləşəcəyik ki, hansı oyunçu hansı mövqedə oynayacaq. Oyun vaxtı görəcəksiniz hər şeyi.

 

- Çempionlar Liqasına vəsiqə qazanmış kimi düşünürsüz, yoxsa hələ hazır deyilsiz?

- Demək olar ki, biz bir addımlıqdayıq. Ona görə çalışacağıq ki, maksimumu edək. Çox uzun yol gəlmişik. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq.

 

- Sabahkı oyunda minimal hesablı məğlubiyyət sizi qane edəcək?

- Əslində, biz çalışacağıq ki, sabah qələbə qazanaq və evdə daha sığortalanmış olaq. Sabah bizi nəyin gözlədiyini bilmirik. Oyunda bilinəcək. Çalışacağıq ki, qalib gələk və ev oyununu maksimum sığortalanmış halda keçirək.

 

- Bir çox oyunları iki hücumçu ilə keçirmisiz. Çox matçda da həmin sxemlə qalib gəlmisiz. Sabahkı oyunda da bu cür sxemdən istifadə edəcəksiniz?

- Bayaq dediyim kimi, "Qarabağ"ın müdafiəsi güclüdü. Ona görə də biz tam bilmirik, əvvəlki sxemlə oynayacağıq ya, yox. "Qarabağ"ın müdafiəsi güclüdü. Sabah qədər hər şey daha dəqiq bilinəcək.

 

Mirbağırağa

Xəbər xətti