Bu gün "Qarabağ" Çempionlar Liqasında pley-off matçına çıxacaq.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçi Çexiyanın "Viktoriya" (Plzen) klubunu qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç 20:45-də başlayacaq.
Kevin Medinanın oynamayacağı dəqiqdi. Maksim Medvedevin isə meydana çıxıb-çıxmayacağı sual altındadı.
Cavab görüşü avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Çempionlar Liqası
17 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya) 0:0
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu