Mətbuatda çıxan xəbərlərə görə, "Qarabağ"ın iki futbolçusu İsmayıl İbrahimli və Musa Qurbanlı, həmçinin "Zirə"nin müdafiəçisi Cəlal Hüseynov mövsüm sonuna qədər "Şamaxı"da icarə əsasında çıxış edəcək.
Bu məsələ ilə bağlı "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Sportal.az saytına açıqlama verib.
Gənc mütəxəssis hər üç futbolu haqda ümumi olaraq bunları deyib:
"Gənc və istedadlı futbolçuları komandamızda görməyi çox istəyərdik. Hazırda da danışıq apardığımız bir neçə futbolçu var. Ona görə razılıq əldə olunmamış konkret hansısa ad çəkməyim düzgün olmazdı.
Cəlal Hüseynova gəldikdə, böyük ölçüdə razılaşma əldə olunub. Sadəcə olaraq, o, Türkiyədə keçirilən İslamiada da iştirak edirdi. Oradan qayıtdıqdan sonra bir-iki xırda detalı da müzakirə edəcəyik. Məhz bundan sonra hər şey dəqiqləşəcək".
Mirbağırağa
saytlarin hazirlanmasi