"Zirə"nin "Liverpul"da oynamış yeni transferi nə bacarır? - VİDEO

"Zirə"nin bu yay heyətinə qatdığı futbolçulardan biri də Toni Qomes oldu.

Sportal.az xəbər verir ki, “Liverpul”un sabiq forvardı Türkiyədən ayrılaraq Azərbaycanın yolunu tutdu. 23 yaşlı hücumçu vaxtilə “Liverpul”a məxsus olsa da, bir rəsmi matçda meydana çıxmayıb. O, İngiltərədə “Forest Qrin Rovers”, Portuqaliyada “Aruka”da çıxış etdikdən sonra Misirə yollanıb.

Müvafiq olaraq “Haras El Hodud”, “Talae El Qaiş” forması geyinmiş Qomes ardınca Avropaya qayıdaraq, bu dəfə “Menemenspor”la müqavilə imzalayıb. Əslində, Qomesin yeni mövsümə Türkiyə birinci liqasında başlayacağı gözlənilirdi. Çünki o, “Tuzlaspor”la anlaşmışdı.

Amma sonradan forvard “Zirə”yə keçməyə razılıq verib. O, hücum xəttində sol, sağ və mərkəz hücumçusu kimi çıxış edə bilir. Qomesin matçlar zamanı göstərdiyi performansından ibarət videonu təqdim edirik.
 

 

Mirbağırağa

 

Tarix: 19 Avqust [13:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Oktyabr 2022
6  Oktyabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio