"Şamaxı"nın hücumçusu Amil Yunanov Premyer Liqanın III turunun "Səbail"lə matçından sonra Sportal.az saytına müsahibə verib:
- Premyer Liqada ilk xalınızı qazandız. "Səbail"lə oyunla bağlı fikirlərini bildirərdin...
- Maraqlı və gərgin oyun keçdi. Komanda olaraq çox yaxşı mübarizə apardıq. Qələbə qazanılmalı matç idi, amma olmadı. Qarşıdakı oyunlara baxacağıq.
- 3 turdan sonra 1 xalınız var. Bu, sizin üçün qənaətbəxşdir?
- Xeyr, 1 xal bizim üçün qənaətbəxş sayılmır. 3 oyundan sonra daha çox xalımız ola bilərdi.
- "Şamaxı"nın çempionatda hədəfi nə olacaq?
- Baxımlı futbol oynayıb hər oyun maksimum mübarizə aparmaq. Məqsədimiz bacardığımız qədər çox xal toplamaqdır.
- Hazırda aktivində 2 qol var. Mövsüm başlayanda qarşına hansı hədəfi qoymusan?
- Əlbəttə hər futbolçu istəyər ki, bombardir olsun. Amma mənim əsas hədəfim komandama bacardığım qədər kömək etməkdir. Məşqlərdə və oyunlarda əzmkarlıq göstərsəm, qollar gələcək. Hələ daha çox çalışmalıyam.
- Növbəti turda çətin oyun gözləyir sizi, "Qarabağ"la oynayacaqsız. Bu matçdan gözləntilərin nədir?
- "Qarabağ" Premyer Liqamızın ən güclü komandasıdır. Biz onlarda matçda komanda şəklində mübarizə aparmağa çalışacağıq.
- "Qarabağ" Çempionlar Liqasında uğurlu çıxış edir. Rəqibdən çəkinmirsiz?
- Xeyr, niyə çəkinməliyik ki? Onlar da bizim kimi futbolçulardır. Ola bilər ki, ustalıq səviyyələri bizdən üstün olsun. Amma biz meydanda əlimizdən gələnin ən yaxşısını edəcəyik.
- "Qarabağ"ın "Viktoriya" ilə ilk oyununu izlədin? Ağdam təmsilçisinin Çempionlar Liqasının qrupuna düşmək şansını necə dəyərləndirirsən?
- "Qarabağ" Bakıdakı matçda rəqibdən üstün oynadı və yaxşı qol epizodları oldu. İnanıram ki, onlar səfərdə turu keçən komanda olacaq. "Qarabağ"a uğurlar arzulayıram.
Elçin Əlixan
saytlarin hazirlanmasi