"Qarabağ"ın müdafiəçisi "Qalatasaray"ın hədəfində

13:16 - 20 Avqust 2022

"Qarabağ"ın müdafiəçisi Toral Bayramov karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisinin xidmətində "Qalatasaray" maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

 

Patrik van Aanholtun oyunundan narazı olan baş məşqçi Okan Buruk Azərbaycan milli komandasının üzvünün transer edilməsini istəyir. Xəbərdə qeyd olunub ki, "Qalatasaray" Bayramovun meneceri ilə təmas qurub.

 

Toral Bayramovla Super Liqa təmsilçisi "Kayserispor" və I Liqada mübarizə aparan "Eyüpspor"da maraqlanır.

 

Xəbərdə Türkiyə klublarının "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevlə də maraqlandığı qeyd olunub.

Xəbər xətti