"Qarabağ"dan Toral Bayramov açıqlaması

14:33 - 20 Avqust 2022

"Qalatasaray"ın "Qarabağ"ın sol cinah müdafiəçisi Toral Bayramovu transfer etmək istəməsi ilə bağlı xəbər vermişdik.

 

Məsələni dəqiqləşdirmək üçün Ağdam təmsilçisinin mətbuat xidməti ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Sportal.az-a verdiyi açıqlamada Toral Bayramov üçün rəsmi təklif gəlmədiyini deyib:

 

"Klubumuza Toral Bayramovla bağlı rəsmi təklif olmayıb. Biz də mətbuatdan oxumuşuq. Rəsmi təklif olmayan təqdirdə nəsə danışmaq yersizdir. Hazırda "Viktoriya" ilə cavab oyununu düşünürük".

 

Elçin Əlixan

Xəbər xətti