"Qarabağ"ın veteran futbolçusu Rüfət Quliyev Sportal.az saytına açıqlama verib.
1997/1998 mövsümündə Ağdam klubunun aparıcı futbolçusu olmuş Quliyev komandanın hazırki Çempionlar Liqasının qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib:
"Çox şadam ki, "Qarabağ" öz oyunu və nəticələri ilə bizi sevindirir. Ümidvaram ki, "Qarabağ" cavab oyunundan bizi qane edən nəticə ilə Plzendən qayıdacaq və ÇL-in qrupuna vəsiqə qazanacaq. İlk matçda "Qarabağ" yaxşı futbol oynadı, qol epizodları yaratdı, istifadə etmək olardı. "Viktoriya" futbolçularının fiziki durumu yaxşı idi. Onlar ilk yarıda müqavimət göstərdi, ikinci hissədə isə matç tamamilə "Qarabağ"ın üstünlüyü şəraitində keçdi. Sadəcə qol çatışmadı. Ümidvaram ki, Plzendə hər şey "Qarabağ"ın istədiyi kimi alınacaq və komandamız hamımızı sevindirəcək".
Mirbağırağa