"Qarabağ"ın sabiq qapıçısı, hazırda Portuqaliyada "Torrense" klubunun qapısını qoruyan Vaqner da Silva Sportal.az saytına müsahibə verib. 36 yaşlı qolkiper Ağdam klubunun avrokuboklardakı çıxışından danışıb. Bununla yanaşı təcrübəli futbolçu Şahruddin Məhəməddəliyev haqda da fikirlərini söyləyib.
- “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyib. Bu komandanın 2022/2023 mövsümündəki çıxışını necə dəyərləndirirsən?
- “Qarabağ” çox uğurlu çıxış edir. Onların uğurlu çıxışına mən də sevinirəm. “Qarabağ” çox yaxşı hazırlıqlı komandadı. Bu komandada istedadlı futbolçular oynayır. Onlar haqlı şəkildə avrokuboklarda irəliləyir.
- “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşündə “Viktoriya” ilə bərabərə qaldı. Səncə, sabiq komandadan bu rəqibi məğlub edə biləcək?
- İlk görüşdə də “Qarabağ” “Viktoriya”ya qarşı çox yaxşı oynadı. Qol epizodları da az deyildi. Sadəcə olaraq, bəzən belə də olur, hər epizod qolla nəticələnmir.
- Onların Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına inanırsan?
- Əlbəttə. “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacağına inanıram.
- Hazırki komandadan daha çox hansı futbolçunu bəyənirsən?
- “Qarabağ”da oynadığım bütün oyunçulara rəğbətim var. Bir futbolçunu fərqləndirmək mənim üçün çətindir. “Qarabağ”ın bütün futbolçularını bəyənirəm. Onlara böyük hörmətlə yanaşıram və həmişə də uğurlarına sevinib, bu komandaya azarkeşlik edirəm.
- Hazırda “Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevdi. Onunla komanda yoldaşı olduğun üçün daha yaxından tanıyırsan. Şahruddin barədə fikrin necədi?
- Mənə görə Şahruddin Məhəmmədəliyev Azərbaycanın ən güclü qapıçısıdı. Bunu Azərbaycanda verdiyim ilk müsahibəmdən bu cür deyirəm. Onu çox bəyənirəm və uğurlarına da çox sevinirəm. Həqiqətən də qapıda çox etibarlı və inamlıdı.
Mirbağırağa