Çexiyalı futbolçu: "Qarabağ" sanki ikinci hissədə oynamadı"

10:54 - 25 Avqust 2022

Azərbaycanda oynamış azsaylı çexiyalı futbolçuların siyahısında yer alan Pavel Dreksa Sportal.az saytına açıqlama verib. 

2016/2017 mövsümündə “Neftçi”də çıxış etmiş çexiyalı futbolçu Çempionlar Liqasının pley-off mərhələsinin “Viktoriya” – “Qarabağ” matçı haqda fikirlərini bildirib. 

Hazırda Kiprdə “Enosis Paralimni”də oynayan Dreksa Azərbaycan çempionunun Plzendəki məğlubiyyətinə belə şərh verib:

“Əslində, “Qarabağ” yaxşı oynayırdı. Həm Bakıda, həm də Plzendə pis başlamamışdılar. “Qarabağ”ın məğlubiyyətinə səbəb isə, onlar sanki ikinci hissədə oynamadılar. “Viktoriya” isə fasilədən sonra ikinci hücumçu ilə rəqib müdafiəsinə təzyiq etməyə başladı. Bu da öz təsirini göstərdi. Elə buna görə “Viktoriya” iki qol vurdu. Açığı, “Qarabağ”dan daha artığını gözləyirdim. Fikrimcə, komanda Kevin Medina və Maksim Medvedev üçün darıxmışdı”.

Mirbağırağa


 

Xəbər xətti