"Orada mənim mövqeyimdə məndən güclüsü yoxdu, ola da bilməz"

13:18 - 25 Avqust 2022

"Hələ ki, fərdi məşqlər edirəm. Hər hansı xəbər yoxdu. "Kəpəz"də baş məşqçi dəyişikliyi baş versə, ora qayıtmaq istəyim ola bilər. Amma bunun alınıb-alınmayacağına gələcək baş məşqçi qərar verə bilər".

Bu sözləri Sportal.az saytına açıqlamasında Cavid İmamverdiyev deyib.

Ötən mövsüm birinci divizionda "Kəpəz"də oynamış İmamverdiyev mövsümöncəsi hazırlıq prosesi zamanı Yaşar Vahabzadənin istəyi ilə komandadan göndərilmişdi. Yarımmüdafiəçinin fikrincə hazırda onun mövqeyində Gəncə klubunda özündən güclüsü yoxdu:

"Əlbəttə ki, hazırki komandada özümə yer görürəm. Oradan ayrılanda da demişdim ki, orada mənim mövqeyimdə məndən güclüsü yoxdu, ola da bilməz. “Kəpəz”in çıxışı barədə isə nəsə deməyimə ehtiyac yoxdu. Hər şey göz qabağındadı. Ötən mövsümü “Kəpəz”də keçirmişəm və indi kənardan baxmaq üzücüdü. Çünki Allah da, yaxın insanlar və komanda yoldaşlarım da necə əziyyət çəkdiyimi görürdü. Ona üzülürəm.

Necə həvəslə məşq edib çəkimi aşağı saldım ki, Premyer Liqaya qayıdıram, "ölməmişəm" deyəcəm. Hətta ilk altı ayda milli komandaya yenidən dəvət olunmağı da planlaşdırırdım. Ancaq indiki vəziyyət belədir".



Mirbağırağa

 

Xəbər xətti