"Şamaxı"nın hücumçusu: "Qarabağ"la oyunda yaxşı nəticə qazanmaq istəyirik"

11:38 - 27 Avqust 2022

"Çalışacağam ki, çoxlu qollar vurub komandama kömək edim. Çox çalışıb, daha məsuliyyətli olmalıyam".

 

Bu fikirləri Sportal.az saytına açıqlamasında "Şamaxı"nın hücumçusu Amil Yunanov deyib.

 

29 yaşlı forvard komandalarına autsayder gözü ilə baxanları yanıldacaqlarını deyib:

 

"İnanıram ki, ehtimalları alt-üst edəcəyik. Çünki yaxşı futbolçularımız var. Amma komanda olaraq daha çox çalışmalıyıq".

 

Təcrübəli futbolçu IV turda qarşılaşacaqları "Qarabağ" haqda da danışıb. O, son çempionla matçda yaxşı nəticə qazanmaq istədiklərini deyib:

 

"Qarabağ" çox yaxşı komandadır. Onlarla matçda əlimizdən gələni edəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. "Qarabağ"ın avrokuboklarda uğurlu çıxış etməsi bizi təşvişə salmır. Belə oyunlar gənclər üçün şansdır. Bu cür matçlardan maksimum istifadə etməlidirlər. Öz oyunumuzu oynayıb yaxşı nəticə qazanmaq istəyirik".

Xəbər xətti