Mahmud Qurbanov: "Rauf artıq-əskik danışmaq istəyirdi"

21:14 - 27 Avqust 2022

"Səbail" Azərbaycan Premyer Liqasının IV turunun oyununda doğma meydanda "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "dənizçilər"in baş məşqçisi Mahmud Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 


- Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə qol epizodumuz var idi. Əks-hücumda qol buraxdıq. Bu da komandaya təsir etdi. İkinci hissədə fərqli "Səbail" gördük. Üç əvəzetmədən sonra komanda toparlandı. Futbolçulardan razıyıq.
 

- Rauf Əliyev üstünüzə hücum edirdi. Nə baş vermişdi?

- Əslində Raufu başa düşmək olar. Komandası uduzur, qırmızı vərəqə alıb, o hələ bilmir iş nə yerdədir. İkincisi də yayda burda qalmağı çox istəyirdi. Mən qərar verdim ki, qalmasın. Çox güman ki, ona görə incik düşüb. Artıq-əskik danışmaq istəyirdi. Eybi yox.

 

- Polis naryadı çağırıldı...

- Yox, heç nə yox idi. Sadəcə anlaşılmazlıq baş verdi. Polisin niyə naryad çağırdığını bilmirəm. Dava olmadı.

 

- Emil Balayevin oynamağının səbəbi nə idi?

- Emilin "Qarabağ"la oyundan sonra kiçik zədəsi var idi. Fikirləşirdik ki, tez keçər. Növbəti oyunlarda onu meydana buraxdıq. Bu gün qərara aldıq ki, zədənin tez keçməsi üçün ehtiyatda qalsın.

 

- İlk qələbənizi sizin üçün doğma olan "Kəpəz" üzərində qazandınız. Bu haqda nə deyə bilərsiz?

- Bilmirəm bu nə ilə əlaqədardır. Əlbəttə ki, "Kəpəz" mənə doğma kamandadır. Amma bu, futboldur. Uşaqlara da deyirəm ki, dost-tanış, qardaş, qarşı-qarşıya gələndə yaddan çıxmalıdır. Təssüf ki, bu gün "Kəpəz"lə oynayırdıq və belə oldu. Bütün futbolçularıma təşəkkür edirəm.

 

Elçin Əlixan

Xəbər xətti