Qurban Qurbanov: "Çempionlar Liqasında olmadığımıza görə üzüldük"

23:33 - 27 Avqust 2022

"Qarabağ" Azərbaycan Premyer Liqasının IV turunda öz meydanında "Şamaxı"nı 4:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçuları təbrik edirəm. Vacib üç xal qazandılar. Yaxşı sürət gördüm. İlk hissə daha çətin oldu. Amma ikinci hissə asanlaşdı. Bütün futbolçular oynamaq şansı qazandı. Cavid Hüseynova uğurlar arzulayıram. Yerli futbolçulara şans yaradırlar.

 

- "Viktoriya" məğlubiyyətindən sonra komandada ab-hava necədir?

- Desək ki, hər şey qaydasındadır, normaldır, düzgün çıxmaz. Amma çalışırıq ki, tezliklə bunu geridə qoyaq. Ümumən hədəfimiz var. Söhbət tək qrupa düşməkdən getmir, qalib gəlməkdən gedir. Bu komandaya məğlub olmuşuq, daha çox üzülürük. Hər matçda daha yaxşı oyun göstərmək istəyirik. Futbolçular çox üzgün idi, təsirlənmişdilər. Bizim üçün hər oyun pley-off-dur. Futbolçular çox əziyyət çəkdilər, əsəb itirdilər. Sonda bir addımlıqda belə nəticə oldu, yazılmamış qanunlardır. O qədər böyük klublar, futbolçular, məşqçilər finalda üzülüb. Bunu yaşamaq futbolçuları böyüdür. Sadəcə tez bir zamanda toparlanmaq lazımdır.

 

- Avroliqada ilk oyunu "Frayburq"a qarşı oynamaq istəyərdiz?

- Təqvimi siz yazsaydız, necə yazardız? Püşkatma ilə aram yoxdur. Bu, mənə aid bir şey deyil. Nə düşdüsə, normal qarşılayıram. Demək belə yaxşı olacaq. Hər rəqiblə oynamalıyıq. Futbol elə səviyyəyə çatıb ki, ev və ya səfər oyunu seçilmir. Xeyirlisi belə imiş. 

 

- "Bavariya", "Barselona", "İnter"lə eyni qrupa düşmək yaxşıdır, yoxsa Avropa Liqasına?

-Hansı turnirdə olsaq da, hədəfimiz maksimumu etməkdir. Hər oyunu növbəti mərhələyə çıxmaq üçün oynayırıq. Sonda şansımız var idi.  İstifadə etmək istədik. Alınmadı. Alınsaydı, sevinəcəkdik. Amma yenə də ruhdan düşmürük. Avropa Liqasının qrupunda düşündüklərimizi həyata keçirmək istəyirik. "Ora düşmək və ya bura düşmək" düşüncəsi yoxdur. Əvvəl də Avropa Liqasında oynamışıq. Şansımız var. Digər komandaların baş məşqçilərinin müsahibələrini oxuyuram. Hamı iddialıdır. Hamı qrupa görə sevinir. Hətta püşkdən əvvəl "Frayburq"un baş məşqçisi bizimlə düşmək istəyirdi. Çempionlar Liqasında olmadığımıza görə üzüldük. Avropa Liqasına hazırlaşacağıq. 

 

- Sosial şəbəkələrdə Şahruddin Məhəmmədəliyev ona qarşı olan paylaşımara dözmür. Qıcıqlandırıcı paylaşımlar edir. Buna münasibətiniz necədir?

- Sosial şəbəkələrdə olmuram. Gərək baxım ki, loaylaşımları qıcıqlandırıcıdır, yax yox. Bəzən adi fikri insan hara yozmaq istəsə, yozur. Elə fikir deyirsən ki, niyyətin fərqlidir, amma kənardan başqa cür qəbul edilir. Şahruddin 2-3 gündür sosial şəbəkə hesablarını bağlamışdı. Söhbət etmişdim, bağladı.

 

- Bu gün azarkeşler mediani söydü...

- Bilmirm söhbət necə olub. Bir-iki dəfə azarkeşlərə etiraz etdim, azarkeşlər məndən narazı qaldılar. Çox sağ olsun mətbuat. Dəfələrlə demişəm ki, hansısa klubun azarkeşi digər klubun azarkeşinu sevsin. Stadionda söyüş eşitmək istəmirəm. Azərbaycanlı, müsəlman olaraq. Deyirik ki, stadiona xanımlar gəlmir. Əfsuslar olsun ki, stadionlarda söyüş var. Bilmirəm, bəlkə də futbol bunsuz mümkün deyil. Dünyada da var. Elə şeylərdi ki, nə gücüm çatır, nə müdaxilə edə bilirəm. Azarkeş azaddır. Azarkeşsiz futbol oynamırıq. Çox istəyirəm ki, hamı bir-biri ilə dil tapsın. Hamımız bu vətənin övladıyıq. Ən ucqar yerdə qalan azərbaycanlını dünyaya dəyişmərəm. Xalqımızı çox sevirəm.  Müharibədən sonra istəyirəm ki, azarkeşlər, komandalar daim bir-biriləri ilə dost olsun. Elə şeylər var ki, müzakirə etməyə əlimiz çatmır. Hamımız bir-birimizə hörmət edib güclənməliyik. Baş məşqçi olaraq ifadələrə dözməliyik. İndi görünən odur ki, siz də dözməlisiz (gülür). Söyüş olmasa, daha yaxşı olar.

 

- Şahruddin Məhəmmədəliyevin psixoliji durumu necədir?

- Şahruddin ən güvəndiyim oyunçulardan biridir. Xarakteri, insanlığı cavan futbolçulara örnəkdir. O, işini çox sevir və ağrılara dözən futbolçudur. Mənim ürəkli insanlara və idmançılara inamım çox böyükdür. Hər sahədə belə insanlara ehtiyac var. Şahruddin çox məsuliyyətli olduğu üçün fikir edir. Həmişə onun arxasındayam. Azarkeşlər də onu çox istəyir. Bəzən uduzanda mən də oyunçuları acılayıram. Amma iki gün sonra sığallayıram. İnanıram ki, fanatlar yenidən Şahruddinə güvənəcək

Xəbər xətti