"Qarabağ"ın forvardı İbrahima Vadji Fransada oynaya bilər.
Sportal.az xəbər verir ki, seneqallı hücumçu "Sent-Etyen"in maraq dairəsindədi.
"Lequipe" nəşrinin məlumatına görə, Vadji növbəti həftə Fransaya yollanaraq yeni klubu ilə müqavilə imzalayacaq.
Məlumata görə, Fransa klubu transferə görə "Qarabağ"a 1 milyon avro ödəyəcək.
Hazırda "Sent-Etyen" Fransa Liqa 2-də çıxış edir.