"Qarabağ" "Frayburq"un öhdəsindən gələ bilər, "Olimpiakos"u da məğlub edəcək gücdədi"

13:38 - 28 Avqust 2022

"Qarabağ"ın "Viktoriya" ilə matçda buraxdığı qolları gördüm. Qapıçı topa çıxırsa, onu götürməlidi. Əgər inamlı deyilsə, topa çıxmamalıdı. Bu, hər bir qolkiperin başına gələ bilər. Sadəcə olaraq, bədbəxtlik orasındadır ki, bu, "Qarabağ"ın Çempionlar Liqasına vəsiqə qazanacağı anda baş verdi. "Qarabağ"a görə çox üzüldüm. Çünki onlar "Viktoriya"dan daha yaxşı komanda idi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın keçmiş qolkiperi Miro Varvodiç deyib. Ağdam klubunun qapısını qorumuş xorvatiyalı komandanın Avropa Liqasındakı şanslarını dəyərləndirib. Onun fikrincə, Azərbaycan çempionu Avropa Liqasında yer aldığı qrupdan çıxmaq şanslarına sahibdi:

"Frayburq" yaxşı komandadadı. Amma "Qarabağ" onların öhdəsindən gələ bilər. Hər halda, "Frayburq" "Bavariya" deyil. "Qarabağ" "Olimpiakos"u da məğlub edə biləcək gücdədir. Çünki hazırda onlar elə də yaxşı durumda deyillər. "Olimpiakos"un sadəcə böyük adı var, böyük klubdu. Amma hazırda "Qarabağ" daha yaxşı komandadı. "Nant"a qarşı isə "Qarabağ"ın şansa da ehtiyacı var. Komandam əsl keyfiyyətə sahib olduğundan, növbəti mərhələyə adlaya bilər".

Varvodiç "Dinamo"da çıxış edən millimizin forvardı Mahir Emreli haqda da danışıb. Onun fikrincə  Zaqreb klubunda böyük rəqabət var: "Dinamo" "Budyo Qlimit"ə qarşı oyunun ikinci hissəsində passiv idi. Mahirin hazırda öz mövqeyində böyük rəqabəti var. Həmin mövqedə Yosip Drmiç, Bruno Petkoviç kimi futbolçular yer alıb. Mahir maksimum səviyyədə olmalıdır ki, baş məşqçi əsas oyunçu kimi baxsın".

2012/2013 mövsümündə “Qarabağ”ın qapısını qorumuş 33 yaşlı qolkiper son olaraq “Jrinski Mostar”da çıxış edib.

Mirbağırağa


 

Xəbər xətti