"Qarabağ"ın legioneri məşqlərə başladı, "Sportinq"in matçını izlədi - FOTO

15:33 - 28 Avqust 2022

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” – “Qarabağ” matçının ilk yarısında zədələnərək sıradan çıxan və sonradan əməliyyat edilən Kevin Medina artıq bərpa prosesini geridə qoyub.

Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçu artıq fərdi məşqlərə də start verib. Şəxsi məşqçi ilə hazırlaşan Medinanın nə zaman Bakıya qayıdacağı hələ ki, dəqiq deyil.

Medina dünən Portuqaliya 3-cü turunun “Sportinq” – “Çaveş”(0:2) matçını stadiondan canlı izləyib. O, “Çaveş”in qələbəsi ilə başa çatan görüşdən sonra sabiq komanda yoldaşları – Joao Korreyra və Kevin Lenini ilə xatirə fotosu da çəkdirib. 

29 yaşlı futbolçu "Qarabağ"dan əvvəl 2019/2020 mövsümündə "Çaveş" forması geyinib.

Mirbağırağa


 

Xəbər xətti