"Kəpəz"də baş məşqçi dəyişikliyi baş verib.
Sportal.az saytına verilən məlumata görə, ardıcıl dörd oyunluq uğursuzluqdan sonra klub rəhbərliyi Yaşar Vahabzadə ilə işbirliyinə son vermək qərarına gəlib. Artıq Vahabzadənin klubla yollarını ayırdığı dəqiqləşib.
Komandanı mövsümün qalan hissəsində kimin çalışdıracağı da məlumdu. Saytımıza verilən məlumata görə, əvvəllər də komandanın baş məşqçisi olmuş Şahin Diniyev yenidən bu posta təyin edilib. Rəhbərlik onunla razılaşıb və Diniyevin baş məşqçi postuna gətirilməsi barədə ictimaiyyətə sabah məlumat veriləcək.