"Dinamo" Azərbaycan millisinin forvardını istəyir

23:29 - 28 Avqust 2022

Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Azərbaycan millisinin daha bir futbolçusunu heyətinə qatmaq istəyir.

Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, Zaqreb təmsilçisi "Qrasshopper"də çıxış edən Renat Dadaşovun xidmətində maraqlıdı.

Mənbənin iddiasına görə, "Dinamo"nun rəsmiləri Renat üçün indidən İsveçrə klubu ilə danışıqlara başlayıb.

Onun yeni klubundakı uğurlu çıxışı Xorvatiya nəhənginin skautlarının diqqətini çəkib. O, bu yay "Qrasshopper"lə 2+1 illik müqavilə imzalamışdı. Xorvatiya çempionu Renatı öncə icarəyə götürmək niyyətində.

İsveçrə klubu 23 yaşlı forvard üçün “Vulverhempton”a 315 min funt-sterlinq (təxmini 640 000 manat) ödəmişdi.

 

Xəbər xətti