Rusiyada çıxış edən Ayaz Quliyevin Azərbaycan millisinə cəlb olunacağı uzun müddətdir ki, gözlənilir. Lakin hər dəfə Quliyevin millimizdə oynamaq ehtimalı baş tutmur.
Sportal.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, buna səbəb 25 yaşlı futbolçunun irəli sürdüyü şərtlərdi.
Mənbənin iddiasına görə, yarımmüdaifəçinin şərtləri AFFA-nı razı salmır.
Belə ki, onun federasiya qarşısına bir çox şərtlər qoyub. Bununla yanaşı Quliyevin şərtləri çox yüksək dəyərli olub.
Məhz buna görə də Ayazın yığmamızda oynaması baş tutmur.