Dünən "Dinamo"nun hücumçusu Mahir Emrelinin "Qarabağ"a geri qayıtmaq ehtimalının olması barədə ilk dəfə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov şəxsən Mahiri sərəncamında görmək istəyir.
Amma bu, heç də asan olmayacaq.
Belə ki, "Dinamo" Emrelini altı aylıq "Qarabağ"a icarəyə verməyə hazır olsa da, baş məşqçi Ante Çaçiçin məsələyə müsbət və ya mənfi yanaşması hələ ki, dəqiq deyil.
Bu mənada, millimizin hücumçusunun "Qarabağ"a keçidi Çaçiçin qərarından asılı olacaq.