"Kəpəz"in veteran futbolçusu Firuz Qulami Sportal.az saytına açıqlama verib.
Gəncə klubunun keçmiş üzvü komandaya baş məşqçi seçimi ilə bağlı danışıb. Onun fikrincə rəhbərlik komandaya baş məşqçi seçərkən "Kəpəz" veteranlarının da fikrini öyrənməlidi: "Kəpəz" veteranlarının, Gəncənin futbol ağsaqqallarının fikri odur ki, komandaya baş məşqçi təyin edilirsə, rəhbərlik bizimlə də məsləhətləşsin. Bizim də məsləhətimizə qulaq assınlar. Baş məşqçi seçimi doğru olmasa, komanda birinci liqaya düşsə, sonra deməsinlər ki, "Kəpəz"in Premyer Liqada oynamasını istəyirdik, ordan-burdan maneçilik törətdilər".
Qulami "Kəpəz" rəhbərliyinə "Turan Tovuz"a baş məşqçinin seçilməsi nümunə göstərib: "Məsələn, "Turan Tovuz"da baş məşqçi necə seçildi? Yığışdılar, 3-4 namizədi müzakirə etdilər. Bunu "Kəpəz"də də etmək lazımdı. Çempionat başlamamışdan əvvəl klub rəhbərliyi ilə danışmışdıq. "Kəpəz" veteranları kimi məsləhətimiz odur ki, seçimdə şəffaflıq olsun. Ki, gələn məşqçi haqda filankəsin təyin etdiyini deməsinlər. Klubun veteranları, ağsaqqalları, azarkeşlər arasında ağsaqqallardan bir neçəsi, AFFA nümayəndəsi yığılamlıdı, müzakirələr getməlidi. Burada nə varki? Məgər harasa tələsirik? Onsuzda, bu gün "Kəpəz"ə baş məşqçi gəlsə də, iki gündən sonra hansısa komandnaı məğlub edəsi deyil. Yəni təməl düzgün qoyulmalıdı.
Hamı da məşqçiyə, rəhbərliyə kömək olmalıdı. "Kəpəz"in veteranlarının da məsləhəti odur ki, tələsik qərar vermək, seçim etmək lazım deyil. Oturub, müzakirələr apararaq hamılıqla şəffaf qərar qəbul etmək lazmdı".
Mirbağırağa
saytlarin hazirlanmasi