"Kəpəz"in baş məşqçi postuna gətirmək istədiyi Şahin Diniyevlə danışıqlar uğursuz nəticələnib.
Sportal.az saytına daxil olan məlumata görə, 56 yaşlı mütəxəssis Gəncə təmsilçisi ilə şərtlərdə anlaşa bilmədiyi üçün bu təklifi qəbul etməyib.
"Kəpəz"in hazırda yeni baş məşqçi axtarışları davam edir. Bu posta bir neçə namizəd var.
Əldə etdiyimiz məlumata görə, Gəncə klubunun idman direktoru Mehman Allahverdiyev komandanın "sükan"ı arxasına Novruz Əzimovu gətirmək istəyir.
Namizədlərdən biri isə Mirbağır İsayevdir. Gəncə futbol ictimaiyyəti İsayevin baş məşqçi postuna gətirilməsini daha çox istəyir.