Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.
Sportal.az saytının araşdırmasına əsasən, qrupda çıxış edəcək 32 klub arasında büdcələrinə görə "Qarabağ" "Şerif"lə birlikdə 29-30-cu pillələri bölüşür. Belə ki, hər iki klubun büdcəsi 14 milyon avrodu.
Bu mövsüm AL-in qrup mərhələsində ən yüksək büdcəyə sahib üç komanda isə “Mançester Yunayted” (743 milyon avro), “Arsenal” (647 milyon avro), və “Roma”dı (402 milyon avro).
“Qarabağ”ın yer aldığı G qrupunda ən yüksək büdcəli komanda 150 milyon avroya sahib “Frayburq”du. “Olimpiakos” 112 milyon avro ilə 14-cü, “Nant” isə 94 milyon avro ilə 17-cidi. Qrup mərhələsində ən kasıb komanda isə "Helsinki"di. Finlandiya çempionunun cəmi 9 milyon avro büdcəsi var.
1. "Mançester Yunayted" – 743 (milyon avro)
2. "Arsenal" – 647 (milyon avro)
3. "Roma" – 402 (milyon avro)
4. "Monako"- 364 (milyon avro)
5. "Real Sosyedad" – 352 (milyon avro)
6. "Latsio" - 277 (milyon avro)
7. "Renn" - 267 (milyon avro)
8. "Betis" – 250 (milyon avro)
9. PSV – 201 (milyon avro)
10. "Fənərbaxça" - 178 (milyon avro)
11- "Frayburq" - 150 (milyon avro)
12 - "Trabzonspor" - 127 (milyon avro)
13- "Feyenoord" - 117 (milyon avro)
14 - "Olimpiakos" - 112 (milyon avro)
15 - "Dinamo" (Kiev) - 106 (milyon avro)
16 - "Braqa" - 103 (milyon avro)
17- "Nant" – 94 (milyon avro)
18 - "Union Berlin" - 91 (milyon avro)
19 - "Srvena Zvezda" - 56 (milyon avro)
20 - "Midtülland" - 51 (milyon avro)
21 - "Sürix" - 43 (milyon avro)
22 - "Ferentsvaroş" - 40 (milyon avro)
23 - "Şturm" (Qrats) - 34 (milyon avro)
24 - "Union" - 33 (milyon avro)
25 - "Malmö" - 28 (milyon avro)
26 - "Ludoqorets" - 26 (milyon avro)
27 - "Budyo Qlimit" – 18 (milyon avro)
28 - "Omoniya" -17 (milyon avro)
29 - "Qarabağ"- 14 (milyon avro)
30 - "Şerif" – 14 (milyon avro)
31 - AEK (Larnaka) - 12 (milyon avro)
32 - "Helsinki" - 9 (milyon avro)
Mirbağırağa
saytlarin hazirlanmasi