Azərbaycanlı futbolçu İtaliya klubunda oynayacaq - FOTO

21:58 - 31 Avqust 2022

Azərbaycanlı futbolçu Raul Yaqubov İtaliyada oynayacaq.

Sportal.az saytına bu barədə futbolçu özü məlumat verib.

O, İtaliya C seriyasında mübarizə aparan "Monterosi" klubu ilə bir illik müqavilə imzaladığını söyləyib.

Futbolçu artıq komandanın düşərgəsində məşqlərə başlayıb. 

Klub Latsio rayonunu təmsil edir. Latsio isə İtaliyanın paytaxtı Roma şəhərinin rayonlarından biridi.

​

Xəbər xətti