"Qarabağ"ın "Dinamo"nun hücumçusu Mahir Emrelini heyətinə qatmaq istəməsi barədə ilk dəfə xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, Ağdam klubunun istəyi böyük ehtimalla həyata keçməyəcək.
Belə ki, İbrahima Vadjinin gedişindən sonra Emrelini icarəyə götürmək üçün "Dinamo" ilə danışıqlar aparan “Qarabağ”a müsbət cavab verilməyib.
Buna səbəb isə Zaqreb klubunun baş məşqçisi Ante Çaçiçin ona az-az şans verməsinə rəğmən rəhbərliyə Mahirə güvəndiyini bildirməsidi. Hazırda Emrelinin Xorvatiya çempionu ilə müqaviləsi 2026-cı ilə qədərdi. O, minimum bu mövsümün sonuna qədər "Dinamo"da qalacaq.