“Şerif”in qvineyalı hücumçusu Momo Yansanenin “Qarabağ”a keçə biləcəyi haqda xəbər vermişdik.
Sportal.az saytına verilən məlumata görə, afrikalı hücumçu Ağdam klubunun transfer siyahısında yer alıb.
Əslində, “Qarabağ” onunla müqavilə imzalamaq niyyətində olub. Sadəcə Yansane Rusiyada oynamaq istədiyindən bu keçid baş tutmayıb.
Belə ki, futbolçu “Nijniy Novqorod”a keçmək istəyib. Hətta Rusiya klubu ilə də danışıqlarda müsbət nəticə əldə edilib. Amma sonda transfer baş tutmayıb. Yansanenin agenti Orobiyi Rouds Yansanenin Rusiya klubuna keçidinin nəyə görə baş tutmaması barədə sport24.ru saytına açıqlama verib. O, hətta Yansaneyə Azərbaycandan maraq olduğunu etiraf edib:
"Yansanın “Nijni Novqorod”a keçidi oyunçunun Rusiyaya gedə bilməməsi səbəbindən baş tutmadı. Klub onun Moskvaya transferini təşkil etməli oldu. Yansane Minskdən Moskvaya uçmalı idi. Lakin Belarusda onu heç kim qarşılamadı. "Nijni Novqorod"la danışıqlar yenə də aparılacaq? Xeyr, bu klubla danışıqlar mümkün deyil.
Onların orada nəsə qərar verəcəyini gözləməyəcəyik. Yansane Rusiyada oynamaq üçün heç miqrasiya kartını da almayıb, halbuki daim klubla əlaqədə idim. Mənə və futbolçuma “Nijni Novqorod”un boş vədləri lazım deyil. Hazırda digər variantları nəzərdə keçiririk. Yansane ilə Azərbaycan və Türkiyə klubları maraqlanır".
25 yaşlı forvard “Rabat”, “İsloç, “Nijni Novqorod”da oynadıqdan sonra 2021-ci ildə “Şerif”ə keçmişdi.
Mirbağırağa