"Əvvəlki kimi açıq futbol oynasaydıq, böyükhesabla məğlub ola bilərdik"

15:49 - 2 Sentyabr 2022

"Qarabağ"a qarşı oyun yaxşı keçdi. Uşaqların hamısına təşəkkürümü bildirirəm. Əzmkar mübarizə apardıq. Nəticə qaneedici olmasa da, yaxşı oynadıq. Gözləntim bir xal qazanmaq idi. Çünki güclü komandaya qarşı oynayırdıq. Ağır oyun olacağını gözləyirdik. Avropa səviyyəli komandaya qarşı mübarizə apardıq. Əlimizdən gələni etdik ki, top buraxmayaq, ancaq təcrübə öz sözünü dedi".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Kəpəz"in qapıçısı Kamran İbrahimov deyib.

Gəncə klubununun qolkiperi Misli Premyer Liqasının 5-ci turunun "Qarabağ"la görüşü barədə danışıb. İbrahimov komandasının 0:1 hesablı məğlubiyyətini bu cür şəhr edib: "Əslində, bir xala köklənmişdik. Əks-hücumda rəqibi tutaraq qol vuracağımızı düşünürdüm. Lakin belə olmadı. Nəticədə boşluq verdik,  "Qarabağ" bundan yararlandı. Hamımız ən yaxşısını etdi. Buna görə də uşaqlara minnətdaram. Biz 90 dəqiqə müdafiədə oynadıq, belə olanda qapımız qarşısında təhlükəli epizodlar çox olur. Bu yerdə təcrübə öz sözünü dedi. Əvvəlki kimi açıq futbol oynasaydıq, böyük hesabla məğlub ola bilərdik. Məşqçimizin taktikası və uşaqların tapşırıqları yerinə yetirməsi sayəsində bu cür hesabla uduzduq. Məşqçilər korpusuna, oyunçulara, azarkeşlərimizə təşəkkür edirəm".

Kamran hazırki vəziyyətdən necə çıxacaqları barədə isə bunu deyib: "Bu vəziyyətdən döyüşərək, məşqçinin tapşırıqlarını yerinə yetirərək, birlik olub çıxacağıq".

Mirbağırağa
 

Xəbər xətti