"Zirə" – "Qəbələ" matçının yeri dəyişdirildi

17:23 - 3 Sentyabr 2022

"Zirə" ev oyunlarını keçirdiyi Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün son yoxlamalar zamanı yararsız vəziyyətdə olmasını nəzərə alaraq Misli Premyer Liqasının V turunun “Zirə” – “Qəbələ” oyununun “Dalğa Arena”da keçirilməsi ilə bağlı  Peşəkar Futbol Liqasına müraciət edib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, rəsmi müraciəti nəzərə alan PFL V turun “Zirə” – “Qəbələ” görüşünün “Dalğa Arena”da keçirilməsinə qərar verib.

Sabah keçiriləcək sözügedən qarşılaşma saat 20:30-da start götürəcək.

Xəbər xətti